Mir Çingiz Ağayev:
TURAN XANKƏNDİDƏ QURULUR!
Bu günlərdən bol-bol, doya-doya istifadə edin. Qürur duyun. Amma fəxarəti də qənaətlə işlədin. Çətin günlərimizdə tükənməsin! İqtisadi Əməkdaşlıq Təşkilatının İmarətə dönmüş nəhəngliyinin mərkəzində Azərbaycan dayanır! Sözün bütün mənalarında, dünya bizdən danışır! Məmləkətinin adıyla xoşbəxt olmağı bacarmayanlara 2025, 4 iyul tarixini dərman kimi verin! Həb formasında qəbul etsinlər! Günün birinci yarısı, yeməkdən öncə iki-üç foto, günorta yeməkdən sonra bir neçə rəsmi açıqlama, gecə yatmazdan öncə isə TURAN liderlərinin bəyanatları, saytları cənginə almış yeni investisiya layihələrinin müjdəsi! Bu günlərdə Azərbaycanın yanında ola bilməyənlərdən inciməyin.
Gəlin, hamılıqla onların sağalıb cəmiyyətə reinteqrasiyası üçün çalışaq. Qıraq-bucaqda qalıb qurd-quş mətbuatına, hamamçı müxalifətə yem olmasınlar! Bəlkə, Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda onlar da növbəti dəfə bağışlanıb həyat qazana bilərlər! Biz təkcə güclü olduğumuz üçün fəxr etmirik, axı! Biz həm də günü-gündən nəhəngləşib rəqiblərimizi öz əzikliklərinə tərk etdiyimiz üçün qüdrətliyik!
28 yaşlı ortastatistik vətəndaş kimi oxuyuram bu cümləni: TURAN XANKƏNDİDƏ QURULUR! Təklif edirəm, siz də eynilə bu şəkildə, bu əhvalla, bu emosiyalarla oxuyasınız, görəsiniz baş verənləri. An etibarilə, İƏT çərçivəsində keçirilən görüşlər, sammitlər, qurulan yenilikçi planlar Qarabağ zəfərinin birmənalı nəticəsidir! Və səbəb bizik!
ZİRVƏ BİZİK!
Azərbaycan dövləti!