Boksçularımız Dünya Kubokunda 3 bürünc medal qazanıblar
Qazaxıstanın paytaxtı Astanada kişi və qadınlar arasında boks üzrə keçirilən və Azərbaycan boksçularınin da qatıldığı Dünya Kubokunda bu gün yarımfinal döyüşlərinə yekun vurulub. Qeyd edək ki, bu mərhələdə Azərbaycan yığmasının üç üzvü - Sübhan Məmmədov (50 kq), Məhəmmədəli Qasımzadə (60 kq) və dünya çempionatının mükafatçısı Məhəmməd Abdullayev (+92 kq) rinqə çıxıb. Təəssüflər olsun ki, hər üç təmsilçimiz bu mərhələdə büdrəyərək, çıxışını üçüncü yerdə bitirib və bürünc medalla kifayətlənib.
Triomuzdan Sübhan Məmmədov finala çıxışda ev sahibi Sanjar Taşkenbaya, Məhəmmədəli Qasımzadə braziliyalı Luis Qabriel do Naskimentoya, Məhəmməd Abdullayev isə qazaxistanli Aybek Oralbaya uduzub.
Xatırladaq ki, turnirdə Azərbaycan da daxil olmaqla, 30 ölkəni təmsil edən 400-dək dəri əlcək ustası medallar uğrunda döyüşüb.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)