Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

AZpressAZ-in arxivindən: 10 Noyabr 2023 

Vaqif Bəhmənli: 

ŞAİRİN SÜBH DUASI

XALQA, ORDUYA, ALİ BAŞ KOMANDANA İTHAF

 

Sübhdən salavat deyib, durdum ilhama gəlib!

Saatı qələbəyə qurdum ilhama gəlib!

 

Sözü seçdim dən kimi, qələmi köhlən kimi

çapıb Qarabağ boyu yordum, ilhama gəlib!

 

Otuz il firqət, ilhaq – meydan suladı nahaq...

Haçan tutar yerin haqq? – sordum, ilhama gəlib!

 

Vaxt itirdik gör kimə, yağı bəndmiş bir himə;

Yenilməz tariximə vardım, ilhama gəlib!

 

Ağdamı, Kəlbəcəri, Laçını, Xocalını

Ürəyimin içində gördüm ilhama gəlib!

 

Qollarımı doladım Füzulinin boynuna,

Zəngilan, Cəbrayılı sardım, ilhama gəlib!

 

Qanadlanıb Şuşaya, o müqəddəs guşəyə,

Şehli Xarı-bülbülü dərdim, ilhama gəlib!

 

Şəhid türbələrinə təravət vermək üçün

Pəmbə-pəmbə gül açdı dərdim, ilhama gəlib!

 

Ali Baş Komandanın adınadı ilhamım,

İlhamım əmr eləyib, ordum ilhama gəlib!

 

Qarabağ-Azərbaycan!.. hayqırır bir ağızdan,

Qələbəyə şığıyır yurdum, ilhama gəlib!