Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bu gün kişi basketbol klublarının mubarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) 12-ci tur çərçivəsində daha bir oyun keçiriləcək. ABF-dan verilən məlumata görə, söhbət A qrupuna vahid liderlik edən ve ötən mövsüm Azərbaycan çempionu adını qazanan "Sabah" ilə "Neftçi"nin  üzləşməsindən gedir. Görüş saat 19:00-da Bakı İdman Sarayında başlanacaq.

Dünən isə hesabat turu çərçivəsində A qrupunda yer alan "Sərhədçi" evdə "Abşeron"u qəbul edib. Oyun qonaq komandanın qələbəsi ilə bitib - 79:86.

Yanvarın 24-də isə Lənkəranda yerli "Lənkəran" klubu Sumqayıtın eyniadlı klubunu qəbul edəcək.

Tura 25-26 yanvar günlərində baş tutacaq oyunlarla yekun vurulacaq.

İNTİQAM Məmmədov