Bəybala Mirzəyev: Hər əcnəbini vəzifəyə təyin etmək olmaz
Vəzifədə olduğu son 4 il ərzində Azərbaycan dilində normal danışmağı öyrənə bilməyən və idmançılara qarşı bir çox haqsızlıqlarda adı hallanan Mariana Vasilyeva axır ki, Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edildi.
Əcnəbi kadrların dövlət vəzifələrinə təyin edilməsi ənənəsi dünyanın əksər ölkələrində mövcuddur. Ancaq hər əcnəbini də vəzifəyə təyin etmək olmaz.
Zarifa Turan
"Əcnəbi kadrların dövlət vəzifələrinə təyin edilməsi ənənəsi dünyanın əksər ölkələrində mövcuddur. Ancaq hər əcnəbini də vəzifəyə təyin etmək olmaz."
Alyar Taghiyev
Bəli belə bir yüksək posta etik davranış qaydalarını bilməyən birinin təyinat alması heç yaxşı hal deyil.
Mushfig Copyeditor
Çıxarılana qədər bilmirdim ki, belə birisi var. Görəsən nə ...qaynadıb?!
Beybala Mirzeyev
Mushfig Copyeditor, M.Vasilyeva idmançılara qarşı fiziki və psixoloji zorakılıq tətbiq edib, həmçinin onların pul mükafatlarını da əlindən alıb. İdmançıları istismar edirmiş. Buna görə Beynəlxalq Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası da onu məşqçilik statusundan məhrum edib.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.