Yanvarın 24-də kişi basketol klublarının mübarizə apardığı Azərbaycan Basketbol Liqasında (ABL) 12-ci tur çərçivəsində daha bir oyun keçirilib. Lənkəranda eyni adlı klub "Sumqayıt" klubunu qəbul edib. Qarşılaşma qonaq komandanın minimal hesablı üstünlüyü ilə başa çatıb - 90:93 (20:25, 20:19, 26:24, 24:25). Matçın ən yaxşı oyunçusu isə "Sumqayıt"in heyətində 27 xal toplayan Zayon Yonq olub.
Xatırladaq ki, turun əvvəlki günlərində isə ""Sərhədçi"-"Abşeron" (79:86) və "Neftçi"-"Sabah" (65:75) oyunu baş tutub.
Yanvarın 25-də "Naxçıvan"- NTD (Bakı İdman Sarayı, saat 12:30), "Gəncə"-"Quba" (Gəncə OİK, saat 14:00) matçı keçiriləcək. Yanvarın 26-da isə "Şəki"-"Ordu" (Şəki OİK, saat 14:00) oyunu ilə tura yekun vurulacaq.
İNTİQAM Məmmədov