Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Naxçıvan Dövlət Universiteti müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin 5 iyun 2023-cü il tarixli 3910 №-li Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın uğurla icra olunması proseslərində növbəti yeni mərhələnin də əsaslarını müəyyən etmiş oldu. Belə ki, 11 əsas prioritdən ibarət olan Dövlət proqramının mühüm məqsədi, davamlı iqtisadi artımın təmin olunması və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir.

Məhz bu məqsədlərin həyata keçirilməsində olduqca zəruri tədbirlərdən birini də 3.2. “Mövcud çağırışlar” bölməsində yerini alan “ölkədə tətbiq olunan dövlət xidmətlərinin Naxçıvan Muxtar Respublikasında da tam tətbiq olunması, “ASAN xidmət”, “DOST” və digər mərkəzlərin fəaliyyətə başlaması və nəticədə dövlət xidmətlərinə əlçatanlığın artırılmasından ibarət olmaqdadır.

Naxçıvan Dövlət Universiteti, malik olduğu potensialla, uzunmüddətli perspektivlərlə, davam etdirmiş olduğu davamlı islahatlarla, elmi və pedaqoji yeniliklərlə və bütün bunların etibarlı qaydada olmaqla, təminatlılığı ilə həmin Dövlət proqramının müvafiq tələblərinin və çağırışlarlarının icra olunmasına təminat yaratmaqdadır. Məhz dövlət xidmətlərindən istifadə olunması sahəsində həyata keçirilmiş olan tədbirlər, Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə bundan sonrakı mərhələlərin olduqca mühüm nəticələrini ortaya qoyacaq. Bu sahədə, “Asan Xidmət” və Naxçıvan Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanması, qarşıdakı mərhələlərin hədəflərini daha da əlçatan etmiş olacaq.

Bundan sonrakı mərhələlərdə, Naxçıvan Dövlət Universitetinin elmi və podaqoji proseslərində, bütün tərəfləri ilə yanaşı, düşünürük ki, eyni zamanda:

- sənəd dövriyyəsinin daha da sürətləndirilməsinə və vaxt itkisinin aradan qaldırılmasındakı təminatlılığa;

- həmçinin bütün bunlarla, ölkənin bütün ali məktəblərinin vahid mərkəzdən koordinasiya olunması proseslərində də daha innovativ təsisatların qüvvəyə minmiş olmasına;

- dövlət-özəl tərəfdaşlığının daha da güclənməsinə;

- tələbələrin daha etibarlı təcrübə imkanlarına;

- könüllülük fəaliyyətinin daha da səmərəliliyinə;

- buraxılış kursları üzrə tələbə və magistrlərin dayanıqlı təcrübə keçmələrinə;

- strukturlararası işbirliyinin daha effektiv təşkili və idarə olunmasına;

- əməliyyatların idarə olunması üzrə daha məqsədyönlülüyə və digər perspektivlərə təminat yaranmış olacaq.

Bunlarla yanaşı, Naxçıvan Dövlət Universitetinin innovasiyalaşma və texnoloji təminat sahəsindəki məqsədlərinə də yeni keyfiyyət mərhələsini qazandırmış olacaq. Diqqət etdikdə aydın olur ki, imzalanan Anlaşma Memorandumu “Asan Xidmət” və universitet arasında “Universitetlərdə innovasiya mühitinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığa dair” sənəd olaraq daha aktuallıq kəsb etməkdədir. Bildirmək olar ki, innovasiyalaşma sahəsində universitet tərəfindən həyata keçirilmiş olan və ölkənin milli təhsilinin daha mütərəqqi inkişafına verəcəyi töhvələr inşa olunan Texnopark imkanları ilə daha mütərəqqi şəkildə təqdim olunmaqdadır. Texnopark, eyni zamanda, Naxçıvan Dövlət Universitetinin mövcud resurslardan səmərəli istifadə olunmaqla, qarşıdakı mərhələlərin düzgün və məqsədyönlü müəyyən olunmasını təmin etmiş olacaq. Eyni zamanda, Texnopark, sosial sfera ilə yanaşı, həm də, iqtisadi sahənin də dayanıqlılığının möhkəmlənməsinə təkan olacaq ki, bu da, Naxçıvan Muxtar Respublikasının və onun bağlı olduğu Azərbaycan Respublikasının makroiqtisadi inkişafına öz töhfələrini vermiş olacaq.

Bütün bunlarla, Naxçıvan Dövlət Universiteti, malik olduğu resurslarla:

- zəruri infrastruktur təsisatlarının yaradılması sahəsində mühüm mərhələni qət etməsi;

- məhsuldar ideya və təşəbbüslərin ortaya qoyulması;

- konsaltinq xidmətlərin göstərilməsi sahəsində əlçatanlıq;

- biznes inqubatorlarının fəaliyyətinin təmin olunması;

- xarici rezident nümayəndələrinin təmsilçiliklərinin dəstəklənməsi;

- yeni prioritetlər sahəsində fəaliyyət sferası üçün ofislərin yaradılması;

- tələbəyönümlü tədrisin təşəkkülü və inkişafı;

- beləliklə də, modern elm və tədris modelinin qərarlaşması sahəsində dayanıqlılıq yarada bilmişdir.

Beləliklə, Naxçıvan Dövlət Universiteti, artıq yeni inkişaf, yeni hədəflər və yeni islahatlar üçün hərəkətə keçməkdədir. Bu bütün tərəflərinə görə, milli və beynəlxalq müstəvilərdə elmin və tədrisin vəhdədtini daha da gücləndirəcək, eyni zamanda, bu sahənin uğurları ilə də yeni bir model ortaya qoymuş olacaq, daha doğrusu, olduqca ASANlaşacaq. Məhz bu əsasda, 2025-2026-cı tədris ilinin əsasları qoyulmaqdadır. Xeyirli olsun.

Cavadxan Qasımov