Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda “Tərəqqi” medallı pedaqoqun yubileyi qeyd olunub

Masallı şəhər İntiqam Əsgərli adına 3 nömrəli tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini, “Tərəqqi” medallı Nailə Əsədullayevanın anadan olmasının 65 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.
Yubiley mərasimində iştirak edən qabaqcıl təhsil işçiləri, rayon ziyalıları, ağsaqqallar tanınmış pedaqoqun həyat və fəaliyyətindən söz açıb, ona xoş arzularını çatdırıblar.
Nailə Əsədullayeva təhsil sahəsində, eləcə də rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyətinə görə müxtəlif idarə və təşkilatlar tərəfindən Fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.
 
Akif AĞAYEV