Melburnda (Avstraliya) tennis üzrə keçirilən və Böyük Dəbilqə seriyasından olmaqla mukafat fondu 59.900.000 dollar təşkil edən "Australian Open-2025"-ə yanvarın 26-da baş tutan həlledici final görüşü ilə yekun vurulub. Qeyd edək ki, Avstraliyanın açıq çempionatı adlanan və xard örtüklü kortda keçirilən bu turnirin finalında dünyanın 1 nömrəli raketka ustası olan 23 yaşlı Yannik Sinerlə (İtaliya) ATR-in reytinq cədvəlində ikinci yeri tutan 27 yaşlı Aleksandr Zverev (Almaniya, dünyanın 2 nömrəsi) qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən bu oyunda cütün favoriti hesab olunan Sinner qalib gəlib - 6:3, 7:6, 6:3.
Bununla da Sinner 21-ci əsirdə ardıcıl olaraq iki il dalbadal "Australian Open"in qalibi adını qazanan ən gənc raketka ustası kimi tarixə düşüb. Xatırladaq ki, 2024-cu ilin sonunda Böyük Dəbilqə seriyasından olan "US Open-2024" və ilin yekun turnirini də udan Sinner həqiqətən də dünyanın ən güclü və 1 nomrəli kişi tennisçi olduğunu sübut edib.
İNTİQAM Məmmədov