Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bolqarıstanın Varna şəhərində sərbəst güləş üzrə keçirilən və Azərbaycan idmançılarının da iştirak etdiyi Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnir başa çatıb. Dörd gün davam edən turnirin sonuncu günü daha bir təmsilçimiz uqurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Söhbət 65 kq çəki dərəcəsində güləşən və çıxışını ikinci yerdə bitirməklə gümüş medala layiq görülən Murad Haqverdiyevdən gedir.

Xatırladaq ki, turnirin əvvəlki günlərində isə daha iki güləşçimiz mükafat qazanmışdı. Onlardan Sadiq Mustafazadə (92 kq) yalnız həlledici finalda büdrəyərək gümüş, Ceyhun Allahverdiyev (61 kq) isə çıxışını üçüncü yerdə bitirməklə bürünc medal qazanıb.

Qeyd edək ki, Azərbaycan bu yarışa məşqçi Teymuraz Kokoyevin rəhbərliyi altında 7 idmançı ilə qatılmışdı.

Daha bir təmsilçimiz Zaur Şərifov isə sözügedən turnirdə birinci kateqoriyalı hakim qismində iştirak edib.

İNTİQAM Məmmədov