25-26 yanvar günlərində Belçikanın Vize şəhərində bu ölkənin cüdo üzrə Açıq Çempionatı keçirilib. Sözügedən turnirdə iştirak edən Azərbaycan komandası ikisi qızıl, ikisi gümüş və eyni sayda bürünc əyarlı olmaqla 6 medal qazanıb. Bu nəticə ilə komandamız komanda hesabında yalnız Fransadan geri qalmaqla ikinci yeri tutub. Komandamız Almaniya, İtaliya və Belçika komandasını geridə qoyub.
Qazanılan medallara gəlincə, qızıllar bütün görüşlərini qələbə ilə bitirən Elşən Əsədov (66 kq) və Murad Muradlınin (60 kq) aktıvinə yazılıb. Gümüş medalları yalnız həlledici finalda büdrəyən Qədir Hüseynov (73 kq) və İmran Yusifov (+100 kq) qazanıb. Bürünclər isə çıxışını üçüncü yerdə bitirən İbrahim Əliyevlə (73 kq) Məhərrəm İmamverdiyevin (81 kq) payına düşüb.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)