25-26 yanvar günlərində Belçikanın Herstal şəhərində qadın cüdoçular arasında bu ölkənin Açıq Çempionatı keçirilib. Çempionatda Azərbaycan idmançıları da iştirak edib. Təmsilçilərimizdən Şəfəq Həmidova (48 kq) daha yaxşı güləşərək mükafatçılar sırasında yer alıb. ACF-dan verilən məlumata görə, Həmidova yalnız həlledici finalda büdrəyərək çıxışını ikinci yerdə bitirməklə gümüş medala layiq görülüb.
İNTİQAM Məmmədov