Yanvarın 28-dən 30-dək kişi və qadın voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca 8-ci olan növbəti turun oyunları keçiriləcək.
İlk olaraq zərif cinsdən olanlar mübarizəyə başlayacaqlar. Tura saat 15:00-da Gəncə İdman Sarayında "Gəncə"-"Murov Az Terminal" oyunu ilə start veriləcək. Elə həmin gün saat 16:00-da Bakı Voleybol Mərkəzində "Abşeron"-"Milli Aviasiya Akademiyası" oyunu, saat 18:00-da eyni məkanda "Azərreyl"- UNEC qarşılaşması olacaq.
Yanvarın 29-da isə kişilər meydana çıxacaqlar. Saat 16:00-da Bakı Voleybol Mərkəzində MOİK - "Neftçi", saat 18:00-da eyni məkanda "Murov Az Terminal"-"Gənclər" oyunu keçiriləcək.
Ertəsi gün isə həmin məkanda təşkil ediləcək "Azərreyl"-"Xilasedici" oyunu (saat 16:00) ilə tura yekun vurulacaq.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)