Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

O qədər uzaqsan bilmirsən mənim,

Sənsiz bu dünyada halım necədi.

Sinəmə vurduğun dağı demirəm,

O dağa üz tutan ahım necədi?!

 

O qədər uzaqsan məsafən əfi

İlan tək gözümdə qıvrılar, neynim?

Adlayıb gəlsən də, dönsən də qəfil,

Çapdığın körpülər qırılar, neynim?

 

O qədər uzaqsan duman içində

Səni aramaq da müşküldü artıq.

Səni Tanrıdan da uman içimdə

İblisi görməyin mümkündür artıq.

 

Gözümdən düşdüyün zirvənə heyif,

Bir sinə dözənməz bir mənə heyif.

Sənə bəslədiyim bu gülüstanı,

Tikanlı məftillər bilmənə heyif.

 

Ta sənə yetmək də istəmirəm heç,

Ta səni görmək də gəlmir içimdən.

Xəyalın , xatirən gözümə batır,

Gözündə ölmək də gəlmir içimdən.

 

Beləcə əriyir qəlbimin buzu,

Beləcə silinir əlinin izi.

Tanrı, yazdığın yaz qismət olmadı,

Yeni fəsilləri yazacam özüm