Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Avqust ayında Şuşaya getmişdım, bazar günü idi. Gəzəndən sonra Bülbülün ev muzeyinə getmək düşdü könlümə, restavrasiyasına baxacaqdım. Saat altının yarısı idi, darvazasını qaraqıfıl gördüm, ha döydüm, xeyri olmadı, amma içəridə kimsə tar çalırdı. Handan-hana həyətdən uca səs gəldi: "Kimdir? Muzey bağlıdı!".

Soruşdum, sən kimsən, dedi qarovulçu...

Acığımdan darvazanın qarşısındakı göyəmdən o ki var, yedim.

Ay Şuşadakılar, o muzey yenə belə işləyir?

Onlara deyin, bələ camaatın həvəsli vaxtıdı, muzey-zad yada düşür, qapısını açıq saxlasınlar, bir ildən sonra çətin ki açan ola...

Bakıya qayıdandan sonra bu şəklə baxdım, bəs elədi...

* * *

Anar Həsənli

İlqar müəllim, mən də avqustda Şuşada idim. Rahat şəkildə muzeyə girib baxa bildik. Hətta Polad Bülbüloğlu da orda idi)

Asif Axmedov

Bizdə gedəndə bağlı idi,anaq gözətçi idi orda. Bizə dedi bağlıdır sonra,başqaları gəldi biraz "yuxarıda" adamları olanlar zəng vurub açdırdılar və gəzdilər.

Bizdə çıxıb gəldik, öz özümə dedim sənə lazımdır Poladın dədəsi?

Зара Гасанова

İlqar bəy, Azərbaycan heç vaxt düzəlməyəcək. Belə olub həmişə hələ bundan da betər olacaq. Bu ölkədə hər şey muzeyə dönəcək qapıları da xalq üçün bağlı qalacaq. Mən belə görürəm gələcəyi bu ölkədə.

Zulfiyye Huseynova

İyunda getmişdik,həyətə girdik, evə buraxmadılar.

İlqar Əlfioğlu

Dəqiq qrafik olsa, burdan basa-basa gedən camaat "Topaz" oynamaz...

Сева Гасанзаде

İlqar Şuşa O Şuşa deyil.

Adam özünü qərib hiss edir.

Vagif Ashurzade

Poladın vaxtı yoxdu dadaş onun basl qarlslb sarayda olacaq öz yubileyinə

Kəmalə Cahidqızı

Bu paylaşımda məni ən çox “ay Şuşadakılar…” xitabı tutdu. Nə acınacaqlı haldır, “ay şuşalılar” deyə də bilmirik. Çünki Şuşada şuşalıların sayı elə muzeyin açıq olan günləri qədər azdır

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.