Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

O bir çinar, mən bir yarpaq,

Əfsus!- Ondan düşdüm uzaq.

O torpaqda bulaq- bulaq,

Çeşmə-çeşmə neyim qaldı.

 

Dumanında, çisəyində,

Qayasında, kəsəyində,

Hər otunda, çiçəyində

Bir parça ürəyim qaldı.

 

Günü günə sata- sata,

Ömrümüzü verdik bada.

Heyif!- neçə dosta, yada

Sinəmdə gileyim qaldı.

 

Köhlənimi necə tapım,

Bir də minim, bir də çapım.

Üç yarımçıq inqilabım,

Üç qanlı köynəyim qaldı.

 

Kövrəlmişəm bir saz kimi,

Arzu kimi , muraz kimi.

Ortalıqda Araz kimi

Harayım, göynəyim qaldı.

 

Sən ey anam, səadətim,

A mənim kişi qeyrətim,

Sənsiz nə qolda taqətim,

Nə də canda heyim qaldı.

 

Yada düşər ötən çağlar,

İçimdə bir kaman ağlar:

“ Üzü bəri baxan dağlar,

Mənim sizdə nəyim qaldı?!”

 

* * *

Irade Aytel 

Bulaq suyu kimi içilir misralar

Irade Aytel  

Üç yarımçıq inqilabım, üç qanlı köynəyim qaldı... çox düşündüm, izaha ehtiyacım var 

Asif Asiman

Eşq olsun ustad şairimizə, dağlar tək vüqarlı şairimizə

Shemseddin Aliyev

Kaş ,dağlar vəcdə gələydi,dil açıb nəyi əmanət saxladığını deyə biləydi,kaş!

Бэмен Делидагли  

Həzin, kövrək ...Laylalı bayatılı,bir şeir oxudum,....Var olun ustad....

Rafiq Oday

Ustad qələmindən dürr tökülür. Allah Sizi qorusun, Əşrəf müəllim. Var olun.

Almaz Ərgünəş Beyazid

O dağlarda nələr qalmadı...

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.