Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məni kəndimizdə basdırarsınız

Qəbrimin üstünə çiçək qoyarsız

Gül də əkərsiniz; yasəmən gülü.

O gül qəbrim üstə qarşılar səni

Bağrına basarsan ya da sən gülü.

 

Hər bahar gələrsən qəbrimin üstə

Görərsən tumurcuq bağlayıb o gül.

Gözü yolda qalıb, qulağı səsdə

Tumurcuq- tumurcuq ağlayıb o gül.

 

Yazağzı boy verən biçənəklərin

yuxusu qarışıb dəryaz səsinə

Ətrafda uçuşan kəpənəklərin

Nəfəsi bələnib gül nəfəsinə.

 

Mənim məzarımdan gül ətri gələr

bilərsən yerimin behişt olduğun.

Yasəmən koluna.pıçıldayarsan

belə.ləngiməkdə bir iş olduğun.

 

Məni kəndimizdə basdırarsınız

atamın, anamın yanında olsam

qardaşım oğlunun, əmim oğlumun

hələ dodağından süd kəsilməyən

balaca körpəmin yanında olsam,

Sənin də ürəyin arxayın olar.

 

Hələ gözlərimin nurun demirəm

Onu itirmişdim neçə il əvvəl.

Onda yaşamağa ümüdüm vardı

Yaxına gəlməzdi qorxudan əcəl.

 

Məni kəndimizə apararsınız

Orda gözləyən var, əzizləyən var.

Bütün günahımı əfv edə bilən

Kimsəyə deməyən, bir gözləyən var...

Məni kəndimizdə basdırarsınız...