Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİ MƏRKƏZİ KOMİTƏSİNİN BİLDİRİŞİ

ADF MK-NIN 11 YANVAR 2025-Cİ İLDƏ İRANLI MÜHACİRLƏR CƏMİYYƏTİNDƏ DÜZƏLƏNƏN AD GÜNÜ ŞƏNLİYİ VƏ BU MƏRASİMİN KEÇİRİLMƏSİNƏ SİYASİ MƏNA YÜKLƏMƏK İSTƏYİNDƏ OLANLARA MÜNASİBƏTİ

Hörmətli firqəçilər və milli hərəkatın iştirakçıları! Bu tədbir yanvar ayının 11-də deyil, bir həftə əvvəl keçirilməli idi. Lakin həmin günlərdə Azərbaycanın Hava Yollarına məxsus təyyarədə qəza baş verdiyinə görə ümumxalq hüznü yaşandığından tədbiri təxirə salmalı olduq. Təravətini qoruyan qızıl gül dəstəsini 94 yaşlı xanıma şəxsən təqdim etdik. Nəzərə aldıq ki, bu yaşa çatmaq hər kəsin işi deyil və mərasimin bayramsayağı keçirilməsi üçün bütün imkanları əsirgəmədik. Məqsəd yalnız yaşlı həmvətənimizin tədbirində iştirak deyildi. Könlünü xoş etmək, 21 Azər zamanında yenicə 14 yaşı olmuş qocaman xanımın ömrünə ömür calamaq üçün xoş arzularımızı yetirmək idi. Düşünürük ki, əsasən İranlı Mühacirlər Cəmiyyəti üzvlərinin iştirak etdiyi mərasimdə Azərbaycan Demokrat Firqəsinin cəmi 5-6 üzvü vəzifəsinin öhdəsindən ləyaqətlə gəldi. Buna görə də təxribatçı qüvvələrin tədbiri ADF-nin təşkil etməsi haqqında şaiyələrə heç bir əsas qalmadı. Bu, diaspora təşkilatını ADF ilə eyniləşdirmək yalnışlığı və düşmən dəyirmanına xidmət etmək cəhdi kimi dəyərləndirilərdi. Dünyasını dəyişmiş qəhrəman 21 Azər fədailərinə məxsus olan “21 Azər medalı”nın kimlər tərəfindənsə təqdimatı ilə əlaqədar deyə bilərik ki, bu bir “şoudur”. 80 il əvvəl Azərbaycan Milli Hökuməti həmin medalla 21 Azər hərəkatında müstəsna xidmətləri olan şəxslərin bir qismini təltif edib. Diaspora cəmiyyətinin isə belə bir medalı nə təsis etmək, nə də təqdim etmək üçün mənəvi haqqı yoxdur. Şəxsi saytlarda ad günü mərasimini ADF-nin tədbiri kimi təqdim edərkən “filankəs yoldaş gəldi”, “filankəs yoldaş getdi” anlayışları Azərbaycan Demokraf Firqəsinin üslubu deyil və əslində bir düşmənçilik addımıdır. Təxribat məqsədi daşıyan bu məlumatdan aydın olur ki, mətn ilk olaraq fars dilində yazılıb və “Google” vasitəsi ilə Azərbaycan dilinə “tərcümə” edilib. Bir daha yada salmaq istəyirik ki, bu məlumatın yayıldığı ADF MK.com saytının Azərbaycan Demokrat Firqəsinin İkinci Konqresindən sonra ADF-yə mənsub olmadığı barədə qərar çıxarılıb. Saytın Azərbaycan dilini hər gün dəfələrlə eybəcər hala salan materiallar təqdim etməsi isə redaktorun və əməkdaşlarının farsdilli olmasının göstəricisidir. Görünür ki, redaksiya heyəti Azərbaycan dilini öyrənməkdə heç maraqlı deyil. 80 ildir ki, saxta Azərbaycan Demokrat Firqəsi yaratmaq, firqə strukturlarını təftiş etmək, mübariz yoldaşlarımızı düşmən qabağında xar etmək məqsədi ilə sistemli işlər aparılır. Əlbəttə bu sahədə irticanın xidmətində olanlarla yanaşı, anlamadan həmin yolu seçən insanlar da var. Azərbaycan Demokrat Firqəsi tərəfdarlarına, milli mücadilənin fədailərinə müraciət edərək bildirir ki, ADF öz ideyalarına sədaqətlə xidmət edir. Düşmən təxribatlarına müqavimət göstərməklə həmişə olduğu kimi ayağdadır, Cənubi Azərbaycanda yenə də milli hərəkatın önündədir. Bizlər “Azadlıq, Ədalət və Milli Hökumət” şüarının tam qələbəsinə qədər Seyid Cəfər Pişəvərinin yolunu davam etdirəcəyik.

ADF MK-nın Siyasi Heyəti