Yanvarın 29-da Azərbaycandan olan əfsanəvi futbol hakimi Tofiq Bəhramovun doqum günüdür. Yəni dünyaca tanınmış FİFA referisinin anadan olmasının 100-cü ilidir.
Onun 100 illik yubileyi münasibəti ilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, yanvarın 30-da Gənclər İdman Nazirliyi va AFFA-nin birgə təşkilatçılığı ilə məhz yubilyarın adını daşıyan respublika stadionunda idman jurnalistləri ilə futbol veteranları arasında görüş keçiriləcək. Oyun saat 16:00-da başlanacaq.
Yanvarın 31-də isə Şamaxıda onun xatirəsinə həsr olunan mini-turnir keçiriləcək. Turnirdə Azərbaycan yığması, "Neftçi", "Sumqayıt" və Quba komandası mübarizə aparacaq.
İNTİQAM Məmmədov