Hekayə
İnternetdə Fikrətlə virtual tanışlığı yayın qızmar günlərində Mələyin həyatına bahar təravəti qatmışdı. Hər gün gənc qızlar kimi bəzənib-düzənir, güzgü qarşısında əyləşib saçına, qaş-gözünə sığal verirdi. Get-gedə güzgüdən elə bil ona özgə qadın boylanırdı. “Doğru söz imiş, qırx yaş qadını dəyişirmiş…” – deyə pomantik xəyallar quran Mələk interneti yaradana gündə üç dəfə dua edirdi. Ehtiraslı ismarıcları ilə ağlını başından çıxaran Fikrət də onun kimi ailəli idi. Yazırdı ki, əvvəllər dövlət məmuru olub, indi isə böyük şirkət sahibidir. Ali təhsili olsa da, Mələk ömrünü dörd divar arasında keçirməyindən gileylənirdi: “Özümü çox tənha hiss edirəm, içimdə böyük boşliq var. Kaş həyatımı istədiyim kimi yaşaya biləydim…” Fikrət ona böyük ümidlər verirdi: “Canım, səninlə görüşmək, içindəki boşluğu sevgimlə doldurmaq istəyirəm…” Yazırdı ki, öz arvadını sevmir, İngiltərədə təhsil alan oğlu Orxana xatir onunla yaşayır. Mələk 16 yaşına yenicə qədəm qoyan yeganə övladı Fidandan söz açanda Fikrət yazdı ki, istəsə, onu da İngiltərəyə göndərər, indi karyerada uğur qazanmaq üçün Avropada təhsil alanlara üstünlük verirlər…
Mələk “İnşallah” deyib Fidanın Kembricdə təhsil alacağına əminliklə: “İlahi, heç olmasa, qızım gələcəkdə yaxşı iş tapar, həyatını istədiyi kimi qurar!”- deyə pıçıldadı. Fikrətin növbəti ismarıcı onu xəyal dünyasından ayırdı. “İrəlidən qorabişirən ay gəlir, Fidanı da götür birlikdə Antaliyaya gedək! İnan, hər şey super olacaq!” Mələk çox düşündü, öz-özünə dedi ki, niyə də olmasın?! Qonum-qonşu qadınları istirahət etdikləri xarici ölkələrdəndən dəm vuranda, Mələk həmişə deyərdi ki, mən yazıq Biləcəridən o tərəfə getməmişəm. Neft Daşlarında buruq ustası işləyən əri ayın on beş gününü dənizdə olurdu. Qızı ilə həmin günlərdə bir həftəliyə Antaliyaya gedib-gələ bilərdi!..
Antaliya səfərindən qabaq Fikrətlə görüşməyə qərar versə də, Vəfa adlı virtual rəfiqəsinə çox həyacan keçirdiyini yazdı. Vəfa ona kiçik şeir parçası göndərdi:
“ Neçə bədbəxtləri salmisan tora,
Sevən könüllərə vurmusan yara.
Səndə də eşq gözun dikibdi vara,
Eyş-işrət bağısan, can ay internet!
Sevda ocağısan, can ay internet! “
Mələk incik halda soruşdu ki, ay qız, nə demək istəyirsən? Kimdi gözün vara dikən? Vəfa cavab verdi ki, “bacışka, incimə, mən bu xaraba qalmış internet məkanına səndən qabaq təşrif gətirmişəm. Burada o qədər iyrənc şeylərə rast gəlmişəm ki!.. Çalış ailəni düşün! Varlıların çoxunda vicdan olmur. Fikrət dediyin iş adamının gənc qızları qoyub səninlə canbirqəlb olmağına şübhə edirəm…”
Virtual rəfiqəsinin ona həsəd apardığını düşünən Mələk Fikrətlə görüşə yollandı. O, şəkildə göründüyündən də qat-qat gözəl idi. Qamətdə, yaraşıqda gənc qızlardan geri qalmırdı. Fikrətlə köhnə tanışlar kimi görüşüb-öpüşdü… O gün şəhərdənkənar kiçik motel hücrəsində Fikrətin şərab qoxuyan öpüşlərinin hərarəti Mələyi məsti-xumar elədi. Gözlərini yumaraq, Fikrətin ağuşunda məmnuncasına gülümsünür, onun dodaqlarını, boynunu-boğazını, tüklü sinəsini odlu öpüşlərə qərq edə-edə: – Səni çox sevirəm, – deyə pıçıldayırdı. Fikrət onu qucağına alıb vanna otağına apardı. Çiləkdən gələn ilıq suyun altında hər ikisi məstlikdən ayılıb şövqlə bir-birinə sarıldılar…
***
…Avqustun birinci yarısı Antaliyaya yola düşdülər. Hava limanında Mələyin qızını görəndə Fikrət ovçu gözü ilə onu süzdü: -Gözəl qızdı, – dedi,- maşallah, sənə oxşayır, elə bil ana-bala yox, bacısınız! Və adəti üzrə “super” dedi. Mələk Fikrəti qızına tələbə yoldaşı kimi təqdim etdi. Təyyarədə yerbəyer olanda qızının qulağına pıçıladadı ki: “Çox xeyirxah insandı. Allah özü rast saldı onu bizə. Oğlu Kembricdə oxuyur. İnşallah, səni də ora oxumağa göndərəcək!..”
Antaliyada ana-bala bu vaxtacan xəyallarına belə gətirmədikləri bir aləmə düşdülər. Axşamlar gecə klubuna gedib əylənir, gündüzlər şəhəri gəzib-dolaşır, göz oxşayan guşələrdə dincəlib, şəkil çəkdirirdilər. Bəyənib xoşladıqları pal-partarları alanda Fikrət neft kralı kimi oturduğu kresloda ayaqlarını bir-birinin üstünə aşırıb hər iksini seyr edə-edə qımışırdı. “Ana – bala ceyranlar” onun oğrun baxışları altında həyacandan qızarıb, pörtürdülər.
Otelə dönəndə Mələk hər dəfə Fikrətin aldığı hədiyyələrin şəkillərini internetdəki rəfiqəsinə göndərir, sanki ona varlı adamlar haqqında fikrində yanıldığını eyham vururdu. Vəfa yazırdı: “Ay qız day de, doşab almısan bal çıxıb də… Sağ əlin ərsiz xanımların başına olsun!”
Şənbə günü zərgərlik dükanına baş çəkdilər. Fikrət onların hər iksinə ürək füqurlu briliyant qaşlı üzük alıb hədiyyə edəndə, Mələk işvəkarcasına gülümsünərək etiraz elədi: “Yox, bu hədiyyəni qəbul edə bilmərik…” Fikrət Mələyin etirazına məhəl qoymadı, üzüklərin birini “ana çeyranın”, o biriini “bala çeyranın” barmağına saldı. Fidan elə bala ceyran kimi də diksindi. Elə bil kişinin əllindən onun barmağına üzük yox, elektrik cəryanı keçdi. Nərmənazik bədəni gizildədi. Ürkək baxışlarla gah barmağındakı üzüyə, gah üzündən razılıq ifadəsi oxunan anasına, gah da ərklə hələ də onun balaca əlini ovcunda tutan Fikrətə baxıb susdu.
Fikrət: – Mübarəkdir, sağlığınıza qismət olsun! – dedi və hər iksinin qoluna girdi,- bu kiçik hədəyyədir, sizə ən böyük hədiyyəm Bakıya qayıdanda olacaq…
***
…O gün gecə klubunda xeyli əyləndilər. Fidan yorulmaq bilmədən rəqs edirdi. Mələksə içdiyi tünd fransız şərabından xumarlanıb başını Fikrətin çiyninə qoyub: – Canım, yuxum gəlir,- deyəndə Fikrət onu otağına apardı: – Türklər demişkən, sən çırılçılpaq soyun, yataqda məni gözlə. Gedim, Fidanı da gətirim, onu orada tək qoymaq olmaz!
Mələk onun üzündən öpüb yatağına uzandı. Fikrət geri dönəndə Fidan da anasının masada yarımçıq qalan şərab badəsini başına çəkdib xumarlanmışdı. Gülə-gülə özünü Fikrətin üstünə atdıb dili topuq vura-vura:– Gəlin, rəqs edək,-dedi. Onun rəqs etməyə halı yox idi. Başı hərlənir, gözləri yumulurdu. Sayıqlayırmış kimi qırıq-qırıq dedi: – Mən sizin İngiltərədə oxuyan oğlunuza rəqs etmək istəyirəm…
– Fidan, gecdir, gəl gedək…
Sərxoş qıza elə gəldi ki, bu an İngiltərəyə gedirlər: – Gedək!..
***
Ertəsi gün ana-bala günortaya kimi yataqlarından qalxa bilmədilər. Mələk oyananda ətrafa göz atdı. Fikrət gözə dəymirdi. Başında küt ağrı vardı. Alnını ovuşdura-ovuşdura eyvana çıxıb aşağı boylandı. Fikrət hovuzda çimirdi. Mələk də çimərlik paltarını geyinib Fidanın otağına keçdi. Qızın qumral saçları yastığın üstünə səpələnmiş alov dilimlərini xatırladırdı. Mələk güzgüdə mavi çimərlik paltarına göz atıb saçlarını daraya-daraya qızını səslədi: Qızım, dur, biz də hövuza gedək…
Fidan üz-gözünü turşudub gözlərini açmadan: – O, hanı? –deyə mızıldandı.
Anası təəccüblə: – Kim? –deyə soruşanda, qız yuxulu halda “Fikrətin oğlu!”-dedi. – Gecə onunla əl-ələ tutub Londonun küçələrində gəzirdik. Sonra o məni öpdü.
Mələyi gülmək tutdu: – Ay qızım, bura London deyil, Antaliyadır, sən Fikrətin oğlunu yəqin yuxunda görübsən… Dur, duşda əməlli-başlı yuyun, özünə gəl…
Fidan həyacanla: -Yuxuda görmüşəm? -deyib yatağın içindı orurdu. Güllü mələfə çılpaq çiyinlərindən üzüaşağı sürüşəndə hiss etdi ki, əynində alt paltarı yoxdur. Anası bilməsin deyə tez uzanıb üstünü örtdü. Gecə nə olduğunu xatırlamağa çalışdı. Qulaqlarına yağış səsi gəldi. Yox, bu yağıs deyildi, su səsi idi. Kimsə su şırnağının altında onun əndamını, yupyumru balaca döşlərini, göbəyini öpürdü. “Yox! bu ola bilməz!” Anası otaqdan çıxar-çıxmaz tez özünü güzgünün qabağına atdı. Göbəyinin ətrafında öpüş izini görüb: “Aman Allahım, bu nədir?” -pıçıldayaraq özünü çarpayıya atıb, hönkür-hönkür ağladı.
***
…Bakıya dönəndən sonra Fikrət Mələyə qırmızı rəngli xudmani maşın hədiyyə etdi. “İdarə edə bilərsən?” deyə soruşanda, Mələk bildirdi ki, uşaq vaxtı at da minib, atasının maşınını da sürüb, amma sürücülük vəsiqəsi yoxdur. Fikrət: – O asan məsələdir, – deyib harasa zəng elədi. Sonra Mələyə ünvan və telefon nömrəsi verib dedi, -get bura, sürücülük vəsiqəni elə bu gün ala bilərsən!
Mələk ofisdən çıxarkən Fikrət Fidanı soruşdu: – Necədir? Kembricə hazırlaşmaq üçün ona yaxşı repetitor tutmuşam!..
Mələk dərindən köks ötürüb dedi: -Antaliyadan gələndən özünü pis hiss edir. Qoy özünə bir az gəlsin deyərəm…
***
O gecə Fidan daş atıb başın tutdu:- Bilirsən, ana, Kembricə getməyəcəm, özünü yorma, o adamdan da uzaq dur. Anası mat-mətəəl qaldı. Səbəbini soruşsa da Fidan susdu. Əri işdə olduğu günlərdə Mələk maşınıyla evdən çıxıb, geçəyarısı dönəndə Fidan onu qaşqabaqla qarşılayırdı.
– Məni başa düş qızm, bir qadın üçün sevgisiz yaşamaq zindan əzabından da betərdir.
-Amma sən onun həyatında yeganə qadın deyilsən, ana! O… – Fidan sozünün gerisini deyə bilmədi, qəfildən qarnını tutdu. Az qala huşunu itirəcəkdi. Gözlərinin önünə Antaliyada oteldə duşun altında onun bədənini etiraslı öpüşlərə qərq edən adam canlandı, -məncə, bu, o idi… – deyib yerə yıxıldı.
Mələk təcili yardım çağırıb onu xəstəxanaya apardı. Xoşbəxtlikdən yaxşı tanıdığı həkim gecə növbəsində idi. Fidanı müayinə edəndən sonra Mələyə yaxınlaşdı. -Bu qız yarmanı suya verib!
Mələk heç nə anlamayıb gözlərini döydü. Həkim: -Yəni, qızın hamilədir…
Eşitdiyi dəhşətli xəbərdən Mələyin gözləri qaraldı: -Ola bilməz! Axı mən onu heç vaxt gözümdən uzağa qoymamışm – dedi.
-Bizim dövrümüzə xahişin getməsin, indiki qızlar bu işi qaşla-göz arasında edirlər…
Mələk onun mübahisə etmək vaz keçib özünü tez ələ aldı. Göz yaşları içində yalvara-yalvara: – Onu abort edin!-deyib başını divara söykəydi, sonra əlini öz bətninin üstünə qoydu. “İlahi, bu necə olur, ana-bala eyni vaxtda hamilə qalmışıq?!” . ***
Fidan özünə gələn kimi barmağındkı üzüyü çıxarıb anasına uzatdı: -Onun hədiyyəsi mənə lazım deyil. Sən atamdan gör kimə görə ayrılmaq istəyirsən, ana!
– İnana bilmirəm, yəni o buna cəsarət edər?
– Fikrət səni sevmir ana! O, manyakdır. Bizə üzük aldığı gün gecə sənin şərabına nəsə qatmışdı. Mən sənin qabağından yarımçıq qalan badəni başıma çəkdim. Sonra o məni otağıma gətirdi…
Mələk üzüyü Fidandan alıb çıxdı. Neçə gün idi ki, Fikrətə zəng edə bilmirdi. Şirkətin əsas ofisində katibə qızdan cavab gözləmədən Fikrətin kabinetinə soxulub salamsız-kalamsız dilləndi: – Mən sənə inanıb ərimdən ayrılmaq istəyirdim. Sənsə qızımın namusunu ləkələdin. Bir həftədir, zənglərimə də cavab vermirsən. Axtarırdım ki, səndən uşağa hamilə olduğumu xəbər verəm. Sənsə kişiliyə yaraşmayan hərəkət etdin! Bil ki, bədbəxt etdiyin o günahsız qızın ahı yerdə qalmayacaq!
Fikrət: -Ana ceyranla bala ceyranın haqqını bəs qədər ödəmişəm…
-Bişərəf, – deyə Mələk üzükləri onun masasının üstünə atdı, – yox, sən haqqımızı bundan sonra ödəycəksən. İnan, bu şəhərdə mən sənin şirin dillə aldadıb tora saldığın son qadın, Fidansa namusunu kirlətdiyin sonuncu qız olacaq!..
Fikrət ayağa qalxıb saymazyana qəhqəhə çəkib güldü.
– Gül, mənə hədiyyə etdiyin maşınla sənin meyidinin üstündən keçəcəm…
– Mən ana ceyranın şir kimi belə qəzəbli olduğunu bilmirdim…
– Bir qızın namusuna sataşmaq elə Aslanı yaralamq kimi bir şeydir,- Mələk qapını çırpıb çıxdı. Maşına oturanda əlləri yarpaq kimi əsməyə başladı. Başını sükanın üstünə qoyub sakitləşməyə çalışdı. İki gecəydi ki, yuxusu ərşə çəkilmişdi. Ani olaraq mürgülədi. Oyananda gördü ki, Fikrət maşınına oturub harasa gedir. Mühərriki işə salıb, onun arxasınca düşdü.
Çox çəkmədi ki, Fikrət maşını yolun kənarında saxladı. Gənc bir qız mobil telefonunu qulağına tutub sağ-sola boylandı, sonra Fikrətin maşınına yaxınlaşıb qabaq oturacaqda əyləşdi. Maşın şəhərdənkənar motelə yaxınlaşanda Mələk məsələnin nə yerdə olduğunu anladı. Axı Fikrət onu da ilk dəfə görüşəndə bu motelə gətirmişdi. Axşamüstü moteldə sakitlik idi. Fikrətin maşını dayanan kimi qız enib motelin girişinə yaxınlaşdı. Fikrət isə maşınına dirsəklənib telefonla danışırdı. Onun bir ayağı yerdə, o biri maşının ayaqaltısında idi. Mələk maşının sürətini artırıb düz onun üstünə sürdü. Maşın Fikrəti maşının qapısıyla bərabər asfalt yolda xeyli sürüdü…
***
Mələyin törətdiyi avtomobil qəzasında Fikrət adlı iş adamının həyatını itirməsini Vəfa televiziyanın axşam xəbərlərindən eşitdi. Onun özünün hansı xəstəxanaya aparıldığını Vəfa elə həmin xəbərdən öyrəndi və tez ora yollandı. Mələk reanimasiyadan palataya köçürüləndə başının üstünü ilk kəsdirən də Vəfa oldu. Onlar bir-birini canlı olaraq ilk dəfə görürdülər: -Bacışka, mənəm ey Vəfa…
-Vəfa, – deyə Mələk zarıdı. Onun baş nahiyyəsinə bir neçə yerdən tikiş atılmışdı, – o əclaf mənim körpə Fidanımı da bədbəxt elədi.
Bir azdan Fidan içəri girib ağlaya-ağlaya anasına sarı çumdu. Tibb bacısı onu sakitləşdirmək istədi:- Heç sənin kimi gözəl qız da ağlayar?
-Eh, dədə-baba məsəlidir, qızın özü yox, bəxti gərək gözəl olsun!-deyə Vəfa Fidanı doğma balası kimi bağrına basdı.
– Yaralını çox narahat etmək olmaz! -deyə tibb bacısı onlara xəbərdarlıq etdi, – avtomobil qəzasında o, həm də uşağını itirib…
Vəfa tibb bacısına baxıb başını buladı və təəssüf hissi ilə pıçıldadı: -Bu təkcə avtomobil qəzası deyil, həm də internet qəzasıdı…