UEFA Avropa Liqasının ümumi mərhələsinin 8-ci turunun Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcəyi oyunda Azərbaycanın “Qarabağ” futbol klubunu 50-yə yaxın azarkeş dəstəkləyəcək.
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, matçın başlamasına vaxt var və azarkeşlərin sayı dəyişə bilər.
Xatırladaq ki, “Qarabağ” – “Olimpiakos” oyunu yanvarın 30-da Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.