Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

26 Yanvar Lənkəranın Haftonu meşəsində sovet ordusu tərəfindən törədilmiş Qanlı Yanvar faciəsindən 35 il ötür. Bu faciə zamanı şəhərdə daha çox itki olmasın deyə könüllülər Haftonu meşəsinə geri çəkildilər. Rus tankları da həmin meşəyə hücum etdi. 6 nəfər şəhid , çoxlu yaralımız oldu. Şəhər matəm içində idi, xəstəxanalar yaralılarla dolu idi. İnsanlar yaralılara qan vermək üçün Şəhər Mərkəzi Xəstəxanasına üz tuturdular. Radiodansa diktorun qəmli səsi gəlirdi:" Qadınlar və uşaqlar küçələrə çıxmasın!" Onlarla igidimizi vertolyota üst-üstə atdılar. Tariyel Abdullayev əsəbindən rus hərbçilərinə nəsə deyib, onu məftillə boğub cəsədini yerə atdılar. O hadisələri Lənkəran əhalisi heç vaxt unutmur və unutmayacaq! Allah zalımlara lənət etsin. Vətənimizin müstəqilliyi və azadlığı uğrunda şəhid olanlara Allah rəhmət etsin .

26 Yanvar faciəsində şəhid olmuş lənkəranlılar:

1. Rövşən Bədəlov

2. Tariyel Abdullayev

3. Salman Baxşıyev

4. Şahin Məmmədov

5. Rahim Məmmədov

6. Vaqif Məmmədov

Ceyran Həsənova

* * *

Sultan Azimzade

Allah şəhidlərimizə rəhmət eləsin.

Fizika Hazırlığı

Tariyel Abdullayev bizim Şahin Abdullayevin əmisidir. Allah rəhmət eləsin hamısına...

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.