Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bu gün qardas Türkiyə Cümhuriyyətinin tanınmış jurnalistlərindən olan Dr. Aysel Sadak İltaşın müəllifi olduğu "İnsan Yüreği ilə Haydar baba" adlı kitabın təqdimat mərasimi oldu. Kitab 59 müəllifin anlatdığı xatirələrin yerini aldığı dəyərli bir toplu olaraq da olduqca önəmlidir. Hər bir xatirəni oxuduqca sanki, Ulu Öndərimizlə bağlı olan həmin dövrləri bir daha müəlliflərin dili ilə yaşamış oluruq.

Eyni zamanda, kitab, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni-hüquqi və digər sahələri, o cümlədən, dövlət quruculuğu prosesləri ilə bağlı olan insanların, ziyalıların, dövlət və ictimai xadimlərin fikirləri, düşüncələri və yanaşmaları ilə də zəngin olmaqdadır.

Bir sözlə, kitab, Azərbaycan və Türkiyə qardaşlığının bariz təsdiqlərindən biri olmaqla, hər iki xalqın və dövlətin birgə mədəni irsinin tarixi nümunəsi olaraq da çox əhəmiyyətlidir.

Universitetimizin rektoru, dəyərlimiz Elbrus İsayevin giriş sözü ilə başlanan təqdimat mərasimi iki qardaş ölkələrin elm, təhsil, mədəniyyət, sosial, iqtisadii və digər sahələr üzrə birgə işbirliyinin yeni bir nəticəsi olaraq daha da aktuallıq qazanmış oldu.

Bütövlükdə, 268 səhifədən ibarət olan kitabın müəllifi, Dr. Aysel Sadak İltaş tərəfindən adıma yazılan kitab mənim üçün dəyərli bir əsər, istinad mənbəyi və qiymətli toplu olacaq.