Komandamız pley-offa çıxmaq şanslarını itirməsinə baxmayaraq, Yunanıstanın “Olimpiakos”u ilə qarşıdakı oyuna ciddi köklənib.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Yunanıstan mətbuatına müsahibəsində deyib.
53 yaşlı mütəxəssis rəqibin yüksək səviyyəsini vurğulayıb: “Olimpiakos” möhtəşəm komandadır. Keçən il Konfrans Liqasını qazandılar və bu, çox şey deyir. Sürətli futbol oynayırlar və güclü məşqçi rəhbərlik edir. Bu, yəqin ki, turnirin ən sürətli komandalarından biridir”.
Onun sözlərinə görə, komanda daxilində heç bir stress yoxdur və futbolçular mübarizəyə həvəslidirlər.
“Əksinə, yaxşı nəticə qazanmaq şansımız var. “Qarabağ”ın baş məşqçisi: “Biz psixoloji cəhətdən hazırıq və əvvəlki matçlardan daha yaxşı oynamağa qadirik”.
Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" matçı yanvarın 31-i Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq. Turnir cədvəlində Azərbaycan klubu 3 xalla 34-cü, “Olimpiakos” isə 12 xalla 12-ci yerdədir.