Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şəmil Sadıqov: Dövlət büdcəsi hesabına həyata keçirilən rus bölməsi bağlansın!

Nə qədər cahil olasan ki, deyəsən, övladım rus bölməsində təhsil alır, Azərbaycan tarixi niyə rusca keçirilmir, axı uşaq onu başa düşmür. Deyirlər, bir ağıllı valideyn Elm və Təhsil Nazirliyini məhkəməyə verib ki, niyə Azərbaycan tarixi rus bölməsində Azərbaycan dilində keçirilir? Buna görə övladımın balı aşağı olacaq! Adam bilmir, gülsün, yoxsa ağlasın!

Birinci bunu deyən və ya edən valideynin milli kimliyi araşdırılmalı, sonra da onu əqli problemi və məntiqi düşünmə qabiliyyəti həkim yoxlanışından keçirilməlidir.

Sən Azərbaycan vətəndaşı olasan, övladına dövlət büdcəsi ilə başqa dildə tədris imkanı yaradılsın, hələ utanmayasan, deyəsən ki, biz Azərbaycan dilini başa düşmürük. Bu şəxs elə ailəsi ilə birgə ölkədən sürgün etməlidir. Hər bir ölkənin vətəndaşı qarşısında birinci şərti dövlətin rəsmi dilini bilməkdir. Dövlət dilini bilməyəninin bu ölkədə nə işi var.

Təhsil qanunun deyilir ki, istənilən beynəlxalq məktəbdə Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası dövlət dilində olmalıdır! Çox təəssüflər olsun ki, uzun illərdir, elə dövlət təhsil proqrlarımız buna cavab verməyib. Yaxın keçmişdə, Elm və təhsil nazirliyi ciddi bir addım atıb, Rus bölmələrində Azərbaycan dilinin saatları 2 saatdan, 3 saata qaldırıldı, Azərbaycan tarixi Azərbaycan dilində keçirilməsi qərarı verildi. Bu 30 ildən sonra verilən, çox möhtəşəm və ciddi addım idi. Ümid edirəm ki, zaman-zaman ardı gələcək, Azərbaycan dilindəki saatlar ən azı Azırbaycan bölməsinin saatı qədər, 6-9 saata qədər qaldırılmalıdır!

Amma ən vacib olan addım odur ki, dövlət büdcəsi hesabına həyata keçirilən rus bölməsi bağlansın!

* * *

Sabina Malikova

Sonra da agillilar deyir ki, "Misir mellim ela idi!.." 

Sual- kim bu təhsili bu vəziyyətə gətirib çıxarıb?! Siz əlbətdə haqlısınız, mən bu mövzuda həmin o məsələ ilə bağlı prezidentə məktub yazan/imzalayan valideynlə və onu dəstəkləyənlərlə söz mübadiləm oldu bir Fb qrupunda... Əslində belə məsələ insanların (vətəndaşların) ixtiyarına buraxilmali deyildi...

Bilirsiz onlar əsas nə ilə apelasiya edirdi?)...-" А почему они не проходят в школе азербайджанский на таком уровне, чтобы детям сейчас не было сложностей с пониманием истории на азербайджанском?!" .

Hətta mənim iradım ki, "Niyə sizin uşaq, dediyiniz kimi, inglis dilini ana dilindən daha yaxşı bilir? Məyər məktəbdə rus bölməsində mi belə səviyyədə keçirilir inglis dili)?!" "Siz onu daha lazımlı bilib ki övladınıza fərdi müəllim/kurs ödəyib öyrətmisiz" - onlar heç özlərində günah görmür, evdə azərbaycanca heç danışmadığlarını bu probleminin səbəbi kimi qəbul etmirdi...

Almaz Hasret

Ümumiyyətlə rus məktəbləri gərək bağlansın. Ailədə rus dilində "privet", " xleb" sözündən başqa heç bir sözü bilməyənlər özlərini guya ki, "elit", "səviyyəli", "daha savadlı" təbəqədə olanlarla yer qazanacağı düşünürlər. Anlamırlar ki, elə ən aşağılıq kompleksi olanlar, elə özləridir. Doğma dilini tam bilən və o dildə danışan insan mükəmməldir, möhtəşəmdir, əsl ziyalıdır.

Rauf Hajiyev

Məsələyə çox yanlış yanaşırsınız və qətiyyən düzgün mühakimə yürütmürsünüz. Bəli, razıyam ki, Azərbaycanda yaşayan, bu respublikanın vətəndaşı olan, xüsusən də milliyətcə Azərbaycan türkü olan hər kəs öz millətinin və dövlətinin dilini bilməlidir. Güman ki, həmin şagird Azərbaycan dilini bilir. Amma bu əsas vermir ki, rus bölməsində təhsil alan şagirdə Azərbaycan tarixi elə Azərbaycan dilində də tədris olunsun. Tarix özü də bir elmdir və bu elmin özünəməxsus terminləri, anlayış və ifadələri var. Tarixdə elə anlayışlar var ki, onları hətta Azərbaycan bölməsində təhsil alan şagirdlərə izah etmək müəyyən çətinlik yaradır.

Universitetdə tədris etdiyim Osmanlı tarixi, Türk xalqlarının tarixi və Türkiyə Cümhuriyyətinin tarixi fənləri üçün xaricdən kitablar alıram və həmin kitabları PDF formatda tələbələrimə göndərirəm. Baxmayaraq ki, tələbələrimin telefon dili türk dilidir, özləri türkcə sərbəst danışa bilirlər, hətta lisey bitirmiş tələbə də türk dilində oxuyanda müəyyən çətinliklə qarşılaşır.

17-18 yaşınadək elmi-akademik üslubu rus dilində köklənmiş bir şagirdi anlamalıyıq. Onun valideynini də bu fikrinə görə repressiyaya məruz qoymaq deyil, sadəcə başa düşmək lazımdır.

Muallim Taibova

Rus sevdasından əl çəkməyib ,bu sevda ilə yaşayanlar çoxdur.Kimliyindən fərqli olmayaraq onlar milli mənəviyyatdan uzaq düşmüş manqurtlardır.Bunun başqa adı ola bilməz.

Elyar İslamoğlu

Tam doğru qərar verilib. Mən imtahanlarda iştirak edirəm. Rus bölməsində təhsil alan bəzi azərbaycanlı abituriyentlər Azərbaycan dilində normal danışa da bilmir. Azərbaycanda yaşayan, vətəndaşlığı olan, bu ölkənin havasını udub, suyu-çörəyi ilə böyüyən hər kəs Azərbaycan dilini öyrənməlidir. Rus dilli məktəblər özəl olmalıdır. Kim istəsə ödənişini edib rus sektorunda övladını oxuda bilsin.

Lola Zeynaloffa

Təəssüflər olsun ki,bəzi fasonlu ədabazlar zənn edirlər ki,rus dilində danışmaq onlara “status”qazandırır.Elə bu düşüncədə olan və bu düşüncənin qurbanı olan şəxslərdi Azərbaycan tarxinin rus dilində keçirilməsini tələb edir.

Ey öz doğma dilində danışmağı ar bilən,

Fasonlu ədəbazlar,

Qəlbinizi oxşamır qoşmalar, telli sazlar,

Bunlar qoy mənim olsun,

Ancaq vətən çörəyi sizlərə qənim olsun.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.