Azərbaycan milli komandasının sabiq müdafiəçisi Adil Nağıyev ömürlük futbolla bağlı hər hansı fəaliyyətdən uzaqlaşdırılıb.
Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat yayıb.
Son klubu "Şamaxı" olan 31 yaşlı futbolçu danışılmış oyunlarda iştirak etdiyi üçün cəzalandırılıb.
Qeyd edək ki, A.Nağıyev karyerası ərzində Azərbaycan millisinin heyətində bir oyun keçirib.
Bundan əlavə, AFFA İntizam Komitəsi daha üç futbolçuya ömürlük futboldan uzaqlaşdırılıb. Belə ki, I Liqada "Mingəçevir"də çıxış etmiş Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərli müəyyən olunmuş oyunlarda iştirak etdikləri üçün ömürlük futbolla bağlı hər hansı fəaliyyətlə məşğul olmaqdan kənarlaşdırılıblar.