Bu gün futbol üzrə UEFA Avropa Liqasının əsas seçmə mərhələsində sayca 8-ci olan son turun oyunları krçitiləcək. 36 klubun mübarizə apardığı bu yarışda ölkəmizi təmsil edən və turnirin növbəti mərhələsində iştirak etmək şansını itirən Azərbaycan çempionu "Qarabağ" klubu son matçını Qədim Ellada torpağşnda yerli "Olimpiakos" klubuna qarşı keçirəcək. Qeyd edək ki, taleyi rumıniyalı baş hakim Radu Peterskuya həvalə edilən oyun gecə saat 00:00-da Pirey şəhərindəki "Qeorqios" stadionunda başlanacaq.
Xatırladaq ki, geridə qalan 7 oyunda cəmi 3 xal toplayan "Qarabağ" hazırda yarış cədvəlində 34-cü, aktivinə 12 xal yazdıran rəqib isə elə cədvəldə də 12-ci sırada yer alıb. Bütün göstəricilərinə görə matçın favoriti hesab edilən ev sahiblərinin bu oyunun nəticəsindən asılı olaraq (qalib gələrsə) ilk səkkizlikdə yer almaqla birbaşa turnirin 1\8 finalına yüksəlmək şansı var. Əks halda 9-16 və 17-24-cü yerin sahibləri kimi mübarizəni pley-offdan davam etdirəcək.
"Qarabağ" əvvəlki oyunlarda "Tottenhem"ə (0:3), "Malmö"yə (1:2), "Ayaks"a (0:3), "Lion"a (1:4), "Elfsbnorq"a (0:1) və FKSB-a ("Styaua"ya, 2:3) uduzub və yalnız "Bude-Qlimt"i səfərdə üstələyə bilib - 2%1.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)