Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıdakı çəkilişlər aprelə planlaşdırılıb

Azərbaycan TÜRKSOY -un təşkilatçılığı ilə dünyada ilk dəfə həyata keçiriləcək bir layihəyə start verib. Söhbət türkdilli ölkələrin iştirakı ilə mürəkkəb quruluşlu bir filmin çəkilişlərindən gedir.

6 türkdilli ölkənin – Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın qatıldığı “Molla Nəsrəddin-çətin günlərimin dostu” adlı film üzərində iş artıq başlayıb. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Vaqif Mustafayevdir.

Qırğızıstanda çəkilişlər artıq həyata kçirilib. Növbəti çəkilişlər Türkiyədə, Qazaxıstanda və Özbəkistanda planlaşdırılır.

Rejissorun dediyinə görə, əslində, təşəbbüs Azərbaycandan irəli sürülüb.

Bu layihənin mahiyyətində türkdilli ölkələri ortaq mədəniyyətləri vasitəsi ilə bir araya gətirmək, yəni birlik ideyası dayanır.

Bəs Azərbaycanda çəkilişlər nə vaxt olacaq?- sualına Vaqif Mustafayev cavab verdi ki, “Azərbaycanfilm” kinostudiyanın böyük pavilyonu hal-hazırda məşğuldur, boşaldılmasını gözləyirik: “Yarım il əvvəl çəkilişlərə başlamışıq. Azərbaycandakı çəkilişlər aprel ayına planlaşdırılıb. Çünki həmin vaxta pavilyonun boşaldılacağı gözlənilir, hələlik ora arendaya götürülüb və dekorlar qurulub çəkiliş gedir. Biz xaricdən dekorçuları martın sonlarına dəvət etmişik, onlar dekorasiynı quracaqlar və apreldə filmin çəkilişlərini Azərbaycanda davam etdirəcəyik”.

* * *

Üzeyir Qurbanov

Xeyirli olsun!

Asim Memmedov

Filmin adı özü belə dünyaya çox böyük bir mesajdır.

Uğurlar.

Ilham Rəfi

Xeyirli olsun! Uğurlar!

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.