Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişilərdən ibarət klubların mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında 8-ci tura bu gün yekun vurulub. Turun son oyunu yarış cədvəlində ikinci yeri tutan "Xilasedici " ilə onun ən  yaxın təqibçisi olan "Azərreyl" klubu qarşılasib. Oyunun favoriti "Xilasedici " olsa da, qələbə qazanan "Azərreyl" olub. Nominal ev sahibi olan "Dəmiryolçular" qonaqlarına yalnız bir şet pay veriblər - 3:1. Maraqlıdır ki, matçın nəticəsi rəqiblərin turnir cədvəlindəki movqelərinə təsir etməyib. Məqlubiyyətlə üzləşən "Xilasedici" əvvəlki kimi ikinci,  "Azərreyl" isə üçüncü pillədə qalib. Turun digər oyunlarıinda isə aşağıdakı nəticələr qeydə alınıb:

MOİK - "Neftçi '- 0:3, 

"Murov Az Terminal "-" Gəncə "- 3:0.

Komandaların turnir cədvəli:  Мurov Az Terminal - 24 xal, Xilasedici - 18 xal, Azərreyl - 15 xal, Neftçi - 11 xal, MOİK - 2 xal, "Gənclər" - 1 xal. 

İNTİQAM Məmmədov