Azərbaycanlı tennisçi Onur Quluzadə Qətərin paytaxtında keçirilən WTT Youth Contender Doha 2025 turnirində gümüş medal qazanıb.
Bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.
U-15 kateqoriyasında mübarizə aparan O.Quluzadə BƏƏ və Türkmənistan idmançılarına qalib gələrək qrup mərhələsinə başçılıq edib. Daha sonra o, Bəhreyn, Tailand və Malayziyadan olan rəqiblərinə qalib gələrək finala yüksəlib.
Gərgin keçən həlledici görüşdə o, İran təmsilçisinə 2:3 hesabı ilə uduzub.