Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yanvarın 23-ü şair, yazıçı, publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Asif Asimanın doğum günü idi. Bu barədə Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi özünün "Facebook" səhifəsində paylaşım edib. 

AZpress.AZ xəbər saytı həmin paylaşımı təqdim edir:

Həm baldı,həm zəhərdi,

Həm sevinc,həm qəhərdi.

Kövrək xatirələrdi,

Ömürdən gedən illər.

O,xeyli yol gəlib,bu ağı qarasına,alı yaşılına yaraşıq,naxış dünyada.Amma naxışına düşənləri ürəyi daha yaxşı duyub,yaxşı eşidib.Doğulub boya- başa çatdığı eldən- obadan ayrılıb Sumqayıta üz tutub,buranı özünə yurd seçib.Sumqayıt onun üçün doğma olub, ağrıyanda dərdini gecələrinə deyib, sevinəndə gündüzlərinə.Amma keçmişi də heç vaxt unutmayıb.

Asif heç vaxt yad olmayıb yurduna,

Misralardan çələng hörüb adına.

Övlad kimi atəşinə,oduna,

Sid ürəklə alışmağa gəlmişəm.

İnsan harda yaşayırsa yaşasın, lap elə xöşbəxtlər xöşbəxti olsun ,doğulduğu, boya- başa çatdığı yurdun, torpağın, uşaqlığının, gəncliyinin vətəni olan yerlərin həsrətini çəkir.Elə Asif müəllimin misralarında olduğu kimi.

Olmadım,olmaram nəfsimin qulu,

Bu ömrü mən hələ yaşayacağam.

Allah bəxş etdiyi uğurlu yolu,

Qürurla,şərəflə daşıyacağam.

Asif müəllimi xeyli vaxtdır tanıyıram. Xarakterindəki mərdlik, bütövlük, həssaslıq, insana sevgi onun şeirlərinə də hopub.O, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub.Yüzlərlə yetirməsi var.Asif müəllimi bu şəhərdə hamı tanıyır və sevir.

Hələ eşidilir qəlbimin səsi,

Bu ömrü mən hələ yaşayacağam.

Allah bəxş etdiyi uğurlu yolu,

Qürurla,şərəflə daşıyacağam.

Asif müəllim gözəl insan, gözəl şair,gözəl dostdur.Ömrünün müdriklik yaşını yaşayır.Bu il onun ili, bu gün onun günüdür.Həm də onu sevənlərin günüdür.Ömür yolunuz hamar,yolçuluğunuz uzun olsun, ASİF müəllim!Çıxdığınız bu şərəfli, həm də keşməkeşli yolda sağlam can, ürəyinizcə ömür arzulayırıq.Gününüz, iliniz mübarək, əziz insan!