Beynəlxalq Olimpiya Komitəsi (BOK) Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) məktubuna cavab verib.
Bu barədə MOK-un mətbuat xidməti məlumat yayıb.
BOK medal qazanan idmançılar haqqında məlumatın və müxtəlif formatlarda zədələnmiş mükafatların fotoşəkillərinin Beynəlxalq Olimpiya Komitəsinə göndərilməsinin zəruriliyi barədə Milli Olimpiya Komitəsini məlumatlandırıb. Müvafiq araşdırmadan sonra BOK medalların yenilənməsi proseduru ilə bağlı MOK-a əlavə məlumat verəcək.
2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iştirak edən və medal qazanan beş azərbaycanlı idmançının mükafatları qüsurlu olub. Həmin idmançıların müraciəti əsasında Milli Olimpiya Komitəsi tərəfindən araşdırma aparılıb və nəticələr rəsmi olaraq BOK-a göndərilib.
Qeyd edək ki, 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal qazanan 7 idmançımızdan beşinin mükafatları qüsurlu olub. Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedov (97 kq) istisna olmaqla, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçuların gümüş medallarında keyfiyyət itirilib. Qaşım Maqomedov (58 kq) və boksçu Alfonso Dominqes (92 kq), bürünc - yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq).