Səudiyyə Ərəbistanının "Əl-Nassr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.
39 yaşlı futbolçu tarixdə klub səviyyəsində 700 rəsmi qələbə qazanan ilk futbolçu olub. Bu, Səudiyyə Ərəbistanı çempionatının “Əl-Raed”lə oyununda (2:1) baş verib. Portuqaliyalı qol vurub və məhsuldar ötürmə edib.
Ronaldo “Sportinq Lissabon”la 13, “Mançester Yunayted”lə 214, “Real”la 316, Turin “Yuventus”u ilə 91 dəfə qalib gəlib. O, “Əl Nəsr”lə daha 66 dəfə qalib gəlib.