Fransa Çaddakı son bazasını tərk edib
Fransa Çaddakı son hərbi bazasını tərk edərək, ölkə rəhbərliyinə təhvil verib.
Fransız əsgərləri Çadda Fransanın son hərbi obyekti olan N'Camena bazasını tərk edib. Bazanın təhvil verilməsi Fransanın ölkədəki hərbi mövcudluğunun sona çatması deməkdir.
Fransa hərbçilərinin Afrika dövlətini tərk etməsi ilə bağlı Çadda rəsmi mərasim keçiriləcək.