Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi basketol klublarının mubarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) dünən startı verilən 13-vu tur davam edir. Bu gün hesabat turunda daha iki oyun keçirilib. 

NTD Bakı İdman Sarayında qonaq etdiyi "Neftçi"ni məğlub edib - 105:100(31:23, 20:26, 25:33, 29:19). Matçın ən yaxşı oyunçusu adına isə 22 xalla fərqlənən Klinton Kembrll (NTD) layiq görülüb.

Günün ikinci matçı Şəki OİK-də yerli və eyniadlı klubla "Sumqayıt" qarşılaşıb. Bu oyunda isə qonaq komanda qalib gəlib - 93:98 (19:21, 20:24, 30:22, 24:31). Dəqiq atışları ilə özünün və komandasının aktivinə 25 xal yazdıran Kolin Qolson ("Sumqayıt ") matçın ən yaxşı oyunçusu adına layiq görülüb.

Dünən hesabat turunda keçirilən oyunlarda nəticələr belə olub: 

"Sərhədçi"-"Naxçıvan"- 76;80;

"Abşeron"-"Sabah"- 67:59.

Fevralın 2-də hesabat turunda daha iki oyun keçiriləcək. Quba OİK-də "Quba"-"Lənkəran" (saat 14:00), Bakı İdman Sarayında isə "Ordu "-"Gəncə" oyunu keçiriləcək ( saat 14:00).

İNTİQAM Məmmədov