Fevralın 1-də Fransanın paytaxtı Parisdə böyüklər arasında cüdo üzrə 2025-ci ilin ilk Böyük Dəbilqə turnirinə start verilib. Üç gün davam edəcək bu turnirin birinci günü 3 kq çəki dərəcəsində (60, 66, 73 kq) 6 cüdoçumuz tatamiyə çıxıb. Onların arasında ən yaxşı nəticəni isə Ruslan Paşayev (66 kq) göstərib. Qeyd edək ki, mübarizəyə başladıq 1/8 finaldan həlledici finala qədər müvafiq ardıcıllıqla Cənubi Koreya, Rusiya və Fransa təmsilçisini məğlub edən Paşayev çempionluq uğrunda son final görüşündə daha bir fransalı cüdoçu Daiki Buba ilə qarşılaşacaq.
Bu çəkidə güləşən digər təmsilçilərimiz Rəşad Elkiyev isə 1/4 finalda büdrəyəndən sonra təsəlliverici görüşlərə qatılaraq mübarizəni davam etdirib. O, bürünc uğrunda fransalı Valid Xyara ilə güləşəcək.
73 kq-da isə Rəşid Məmmədəliyev bürünc medal uğrunda Portuqaliya təmsilçisi Otari Kvantidze ilə qarşılaşacaq. Bu çəkidə güləşən Vüsal Qələndərzadə isə elə startdaca mübarizəni dayandırıb.
60 kq çəkidə tatamiyə çıxan cüdoçularımız - Əhməd Yusifov və Hüseyn Allahyarov da start görüşündə uduzub.
İNTİQAM Məmmədov