Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fevralın 1-də FİN-in Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Mərkəzində 21 yaşlı cüdoçular arasında Azərbaycan çempionatına start verilib. ACF-dan verilən məlumata görə, çempionatın ilk günü oqlanlar 3, qızlar isə 4 çəki dərəcəsində tatamiyə çıxaraq medallar uğrunda mübarizə aparıblar (110 cüdoçu).

Oğlanlar arasında Nihad Məmişov (60 kq, Neftçi, İK), Mehdi Cəfərov (73 kq, Cüdo klubu-2012) və Ramzan Əhmədov (+100 kq, Kanokan TT) bütün görüşlərini qələbə ilə başa vuraraq ölkə çempionu adını qazanıb.

Qızların yarışında isə Nilgün Rzayeva (63 kq, Bakı şəhəri 10 saylı UGİM), Pərvanə Abdullayeva (70 kq, Yevlax), Əsmər Əliyeva (78 kq, Neftçi İK) və Zeynəbxanım Əsədova (+78 kq, Məhsul İC) çempion adına layiq görülüb.

Çempionat davam edir.

İNTİQAM Məmmədov