Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Dünən keçirilən daha iki oyunla kişi basketol klublarının mubarizə apardığı ABL-da 13-cu tura yekun vurulub. Turun son günündə "Ordu" Bakı İdman Sarayında "Gəncə"-ni 93:90 (13:28, 23:19, 23:21, 24:15, 10:7), "Lənkəran" isə Quba OİK-də yerli "Quba" klubunu 84:87 (21:18, 23:24, 26:23, 14:22) hesabla üstələyib.

Birinci oyunda qalib komandanın heyətində Camaure Qreqq (25 xal), ikinci matçda isə Maykl Karter ("Lənkəran", 21 xal + 11 assist) ən yaxşı oyunçu seçilib.

Turun əvvəlki günlərdə keçirilən oyunlarinda aşağıdakı nəticələr qeydə alınıb:

"Sərhədçi"-"Naxçıvan" - 76:80, "Abşeron"-"Sabah"- 67:59, NTD - "Neftçi"- 105:100, "Şəki"-"Sumqayıt" - 93:98. 

Fevralın 4-də ABL-da 14-cu tura start veriləcək.

Geridə qalan 13 turdan sonra komandaların qruplar üzrə yarış cədvəlində vəziyyət aşağıdakı kimidir.

İNTİQAM Məmmədov