Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda kamandan oxatma üzrə Azərbaycan çempionatı və yeniyetmələr arasında birincilik keçiriləcək.

Yarışda müxtəlif bölgələrdən 60-a yaxın idmançı iştirak edəcək.

Oxatanlar qapalı zalda üç yaş kateqoriyası üzrə (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) 18 metr məsafədən hədəfə atəş açacaqlar.

Təlimlər fevralın 5-də baş tutacaq. Çempionat fevralın 6-da başlayır. Turnirin açılış mərasimi Bakı İdman Sarayında baş tutacaq.

1/4 finaldan finala kimi davam edəcək yarışa fevralın 7-də qaliblərin mükafatlandırılması mərasimi ilə yekun vurulacaq.