Paytaxt Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. Söhbət fevralın 12-də mini-futbol üzrə dünya çempionatının püşkatma mərasimindən gedir. Mərasimdə dünya və Avropa mini-futbol federasiyasının rəhbərləri də iştirak edəcək. Maraqlıdır ki, haqqında danışılan dünya çempionatının (DÇ-2025) final mərhələsi də Bakıda təşkil olunacaq. Qeyd edək ki, ölkəmizin ev sahibliyi edəcəyi mundial mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında keçiriləcək.
Yeri gəlmişkən, mundialın həlledici final mərhələsində ev sahibi Azərbaycan da daxil olmaqla 32 milli komanda medallar uğrunda mübarizə aparacaq.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)