Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bu gün qadın voleybol klublarının mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca 9-cu turun oyunları keçirilib. Turun ilk və mərkəzi oyunu yarışa liderlik edən "Abşeron"la ölkə voleybolunun flaqmanı sayılan "Azərreyl" arasında baş tutub. Bakı Voleybol Mərkəzində reallaşın oyun liderin qələbəsi ilə başa çatıb - 3:1. 

Günün və turun digər iki oyununda isə UNEC öz meydanında (UNEC idman zalı) "Gəncə" ilə, Bakı Voleybol Mərkəzində nominal ev sahibi olan "Murov Az Terminal" isə "Milli Aviasiya Akademiyası" ilə qarşılaşıb. Maraqlıdır ki, hər iki oyunda qonaq komanda eyni hesabla qalib gəlib - 0:3. 'Gəncə" bu qələbə sayəsində yarış cədvəlində üçüncü yerə qalxıb.

Komandaların turnir cədvəlindəki vəziyyəti belə olub: Abşeron – 23 xal, MAA– 18, Azərreyl – 12, Gəncə, Мurov Az Теrminal– hərəyə 11, UNEC – 0.

İNTİQAM Məmmədov