Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov “İlin ən yaxşı parataekvondoçusu” seçilib.
Taekvondo Federasiyasından verilən məlumata görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı mundotaekvondo saytının sosial şəbəkələrdə keçirdiyi sorğunun nəticələrinə əsasən nominasiyanın qalibi olub.
İl ərzində idmançı iştirak etdiyi bütün turnirlərdə qızıl medallar qazanaraq, Paralimpiya Oyunlarının, dünya və Avropa çempionu olub.
Bundan başqa, İ.Xəlilov dünya reytinqinə də başçılıq edir.
O, həmçinin Dünya Taekvondo Federasiyası tərəfindən “2024-cü ilin ən yaxşı para-taekvondoçusu” adına layiq görülüb.