Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov ilk oyununu qələbəylə bitirib

Kişi var qadın şahmatçılar arasında keçirilən Azərbaycan çempionatı davam edir. Xəbər verdiyimiz kimi, mükafat fondu 60 min manat təşkil edən kişilərin yarışında 26, mükafat fondu 30 min AZN olan qadınların yarışında isə 16 zəka sahibi mübarizəyə qatılıb. Olimpiya (uduzan çıxır) sistemi ilə keçirilən çempionatda dünən 1/8 mərhələnin ilk oyunları keçirilib. Bu mərhələnin ən diqqət çəkən oyunları ölkə yığmasının özəyini təşkil edən ulduz şahmatçılar - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun iştirakı ilə keçirilib. Məmmədyarov Fərid Abbasovu, Rəcəbov isə Namiq Quliyevi mat qoyaraq, növbəti mərhələyə adlamaq üçün üzərinə düşən vəzifənin 50 faizini yerinə yetirib. Hər iki ulduza mərhələni aşmaq üçün bu gün baş tutacaq cavab oyununda rəqiblə heç-heçə də bəs edir.

1/8 finalın digər oyunlarında nəticələr belə olub:

Vüqar Rəsulov Rauf Məmmədov - 0,5:0,5;

Aydın Süleymanlı - Read Səmədov- 0,5:0,5;

Misrəddin İsgəndərov - Nicat Abbasov - 0,5:0,5;

Vasif Durarbəyli - Əhməd Əhmədzadə - 0,5:0,5;

Məhəmməd Muradlı - Nicat Məmmədov - 1:0;

Vüqar Əsədli - Eltac Səfərli - 0,5:0,5.

Qadınların analoji yarisinda qeydə alınan nəticələr:

Lale Hüseynova - Günay İbrahimli - 0:1;

Gövhər Beydullayeva - Səbinə Rzalı - 1:0;

Məryəm Allahverdiyeva - Ülviyyə Fətəliyeva - 0:1;

Mələk İsmayılova - Gülnar Məmmədova - 0:1;

Xanım Balacayeva - Ləman Hacıyeva - 1:0;

Ayan Allahverdiyeva - Zeynəb Məmmədyarova - 0:1;

Nərmin Kazımova - Türkan Məmmədyarova - 1:0;

Nərmin Abdinova - Səbinə İbrahimova - 0,5:0,5.

Bu gün 1/8 finalın cavab oyunları keçiriləcək.

İNTİQAM Məmmədov