Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

TV-də Qərbi Azərbaycan bölgələrində havanı deyirlər.: Dərəçiçək,Göyçə, İrəvan... Lazımdı. Mən elə yazmışam...

Ağrı

Nə vaxtdır ağrılar didir qəlbimi,

onsuz da sağalmır yaralı canım.

O dərdli Urmunun suları kimi

quruyur mənim də damarda qanım...

 

İllərdi Borçalım gözü yaşlıdı,

Dərbənd həsrətində bəndə düşmüşəm.

İllərdi elə bil başım daşlıdı,

elə bil çarəsiz dərdə düşmüşəm...

 

Torpaqtək doğrayın elə məni də,

elə paramparça yaşayım mən də.

Ağrıyla, acıyla sürünüm bir az,

yaralı canımı daşıyım mən də.

 

Göyçəyə, Vediyə çata bilməyən

ayağımı kəsin, əlimi kəsin.

Ərdəbil, Xoy deyib haray salmayan,

illərdi o susan dilimi kəsin.

 

Bir az ovutmaqçün həsrət torpağı,

Bir əlimi atın Dərəçiçəyə.

Bəlkə o dərədə dinə ağrısı

Bir gün o yerlərdə dönər çiçəyə

 

O taylı-bu taylı Vətən sözləri

varlığımı çəkir çarmıxa hələ.

Babək qalasına həsrət gözlərim

ovulub tökülsün Araza elə.

 

Səpilsin torpağın yaralarına

dözüm heykəlinə dönən ürəyim.

Atın dörd bir yana paralarımı.

bəlkə bir azacıq toxdaya bilim.

* * *

Kamilə Həsənova

Bu çox gözəl işlərin olacağından bir mesajdı, Kəmalə xanım. Çünki illər öncə Şuşanın, Qarabağın bir çox bölgələrinin hava məlumatı verilirdi mütəmadi olaraq. İrad tutanlar vardı ki, bizdə olmayan torpaqların hava məlumatını kimə verirlər. İndi o çəkilən yer adları var a, hər dəfə dinləyyəndə inanın uşaq kimi sevinirəm. Necə də gözəl səslənir, Dərələyəz, Pəmbək və s.və s. İnşAllah

Kamalə Abiyeva

Kamilə Həsənova doğru. İradlar da vardı. Baxıb kövrəlirdim. O gün də gələr. Ən azı bizimdi deyirik

Behruz Nifteliyev

Gözəl günlər qarşıdadır

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.