Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Donald Trampın USAID-in fəaliyyətinin dondurulması və bu qurumun xəttilə müxtəlif ölkələrə maliyyə yardımlarının, qrantların dayandırılması barədə göstəriş verdiyini eşidəndə düşünmüşdüm ki, yəqin ki, şər yuvası olan Ermənistana da yardımlar dayandırılacaq.

Lakin Birləşmiş Ştatların USAID üzərindən bütün ölkələrə humanitar yardımları dayandırdığı halda, Ermənistanla bağlı "humanitar yardım proqramları"nın dayandırılmaması isə ciddi sual doğurur.

Görəsən, Ermənistanı ABŞ üçün bu qədər özəl, vacib edən nədir?

USAID-in Ermənistandakı missiyasından bildirilib ki, “Dövlət katibi Marko Rubio həyati əhəmiyyətli humanitar yardımın göstərilməsini təsdiqləyib və xüsusi məqsədlər üçün göstərilən yardım üçün istisnalar edib. Artıq həyata keçirilən həyati əhəmiyyətli humanitar yardım proqramları davam etməli və ya davam etdirilməlidir”.

Söhbət hansı "həyati əhəmiyyətli humanitar yardım"dan gedir? Və "xüsusi məqsədlər üçün göstərilən yardım" nə deməkdir?

P.S.

Xatırladaq ki, ABŞ-ın ermənipərəst yeni Dövlət katibi Marko Rubio USAID vasitəsilə əksər xarici yardım proqramlarının maliyyələşdirilməsinin 90 gün müddətinə dondurulması və yeni qrantların ayrılmasının dayandırılması barədə sərəncam imzalayıb. Lakin istisna hal kimi Ermənistan üçün nəzərdə tutulan yardımlar isə əvvəlki qaydada davam etdirilir...

* * * 

Nargiz Nargiz

vəssəlam

Beybala Mirzeyev

Nargiz Nargiz, "vəssəlam" deməyə tələsməyək. Çünki hazırda ABŞ-ın xarici siyasətində paralel proseslər gedir. Bir tərəfdən Marko Rubio Ermənistana dəstək verməyə çalışır, digər tərəfdən isə Trampın yürütdüyü qlobal xarici siyasət isə bizim geosiyasi maraqlarımıza uyğun gəlir.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.