Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 1991-ci ildə Ankarada məzarını ziyarət edərkən çəkilən tarixi foto. Fotoda Qafar Kəndli Herisçi, Yaşar Qarayev, Qasım Qasımzadə və Esmira Gözəlova yer alıb.
Xatırladaq ki, Rəsulzadə Türkiyəyə mühacirət etmiş, 1922-ci ilin sonlarından İstanbulda fəaliyyətə başlamışdır. O, 1955-ci il martın 6-da Ankarada vəfat etmişdir. Məhəmməd Əmin Rəsulzadə Ankarada, Əsri qəbirstanlığında dəfn edilmişdir.