Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fenomen bacılar saxlanıldı

Türkiyədə məşhur bacılar saxlanılıb.

İllər əvvəl qatıldıqları moda yarışmaları ilə məşhurlaşan, sonradan paylaşımları ilə fenomenə çevrilən Nihal Candan və Bahar Candan bacıları cinayət yolu ilə əldə edilən gəlirlərin yuyulması iddiası ilə saxlanılıb.

Candan bacılarına qarşı keçirilən əməliyyat zamanı Hacı İsrafil S. adlı şəxs də saxlanılıb.

Candan qardaşlarının bir çox insanı aldadan cinayət təşkilatının üzvü olduqları və təşkilatın gizli seyfi olduqları iddia edilib.

Qeyd edək ki, yarışmada məşhurlaşan bacılardan biri olan Nihal Candanın öz gözəllik mərkəzi var.