Ağdamın "Qarabağ" klubunun sabiq futbolçusu Kadi Borges komandaya qayıdıb.
Ötən yay Macarıstanın "Ferençvaros" klubuna keçən braziliyalı cinah oyunçusu Ağdam klubu ilə danışıqları uğurla başa vurub.
Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir, lakin müqavilənin təfərrüatları hələ açıqlanmayıb.
Xatırladaq ki, Kadi Borges 2021-ci ilin yayından 2022-ci ilin sonuna kimi “Qarabağ”ın rənglərini qoruyub.