Suriyanın yeni hökumətinin lideri Əhməd Şaaranın Türkiyəyə səfəri və onun Ankarada Rəcəb Tayyib Ərdoğanla detallı müzakirələr aparması son günlərdə Türkiyə-Suriya münasibətlərində, guya, hansısa problemlərin yaranması barədə söhbətlərə, şayiələrə son qoydu.
Eyni zamanda, PKK-YPG terror çətəsinə qarşı həlledici mübarizədə Türkiyə-Suriya əməkdaşlığına qərar verilməsi də bu görüşün ən önəmli nəticələrindən biridir.
Türkiyə yeni Suriyanın hamisi və memarı missiyasını davam etdirəcək. Azərbaycan da bu prosesə sıx dəstək verəcək.
Beləliklə, uzun tarixi keşməkeşlərdən sonra Azərbaycan və Türkiyənin Suriyadakı türkmanlara yenidən sahib çıxmaları üçün də unikal imkan yaranıb.