Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

15-16 fevral günlərində Slovakiyanin Samorine şəhərində 17 yaşlı (U-17) cüdoçular arasında Avropa çempionatı keçiriləcək. İki gün davam edəcək çempionatda Azərbaycan 16 cüdoçu ilə təmsil olunacaq. Bu 16-lıqda isə Anar Quliyev, İbrahim Talıbov (hər ikisi 50 kq), Məhəmmədəli Xusiyev, Ruslan Əlizadə (55 kq), Zeyd Ələsgərov, İlkin Qarayev ( hər ikisi 60 kq), Əli Hümbətov, Ozqan Quliyev (66 kq), Səid Şərifov, Məhəmməd Ağakişiyev (hər ikisi 73 kq), Amin Mehtiyev, Abdullah Rahmatov (hər ikisi 81 kq), Emin Şirinov, Nurəddin Əliyev ( hər ikisi 90 kq), Sübhan Axundov və Tunar Fərzəliyev (hər ikisi +90 kq) cəmləşib.

İNTİQAM Məmmədov